Template:Appeal/default/az

From Donate
Revision as of 18:07, 28 December 2011 by Jsoby (talk | contribs) (1 revision: importing ready appeals)
Jump to navigation Jump to search


Budur. Template:AppealTimeLeft

Vikipediyanın davamı və qorunması üçün bütün dünyadan olan insanların bir yerə toplaşdığı zamana gəldik.

Əgər bunu oxuyan hər kəs 10$ bağışlasaydı, ianə toplamağı bu gün yekunlaşdıra bilərdik. Əlbəttə, hər kəs ianə verməyə bilər və verməyəcək. Bu da problem deyil, çünki hər il kifayət qədər insan Vikipediyaya kiçik ianələr verməkdədir. Lütfən Siz də 5$, 20$, 50$ və ya bizə il başa çatmadan əvvəl məqsədimizə nail ola bilmək üçün edə biləcəyiniz yardımı edin.

"Google" bir milyon serverə çata bilər. "Yahoo"nun 13 000 işçisi ola bilər. Bizim sadəcə 679 serverimiz və 95 işçimiz var.

Vikipediya internetdə 5-ci sıradadır və her ay 470 milyon fərqli insana - milyardlarla səhifəylə - xidmət edir.

Ticarət yaxşı şeydir. Reklam yayınlatmaq da pis deyil. Amma onlar buraya aid deyillər. Vikipediyada onlar yoxdur. Vikipediya xüsusi bir şeydir. Bir kitabxana və ya xalqa açıq olan bir park kimidir. Ağılın məbədi kimidir. Gedib düşünə biləcəyimiz, öyrənə biləcəyimiz, bildiklərimizi başqaları ilə paylaşa biləcəyimiz bir yerdir.

Vikipediyanı qurduğum zaman, reklamlarla gəlir gətirən bir şirkət halina çevirə bilərdim, amma fərqli bir şey etməyə qərar verdim. İllər boyunca onu düzgün və möhkəm saxlamaq üçün çalışdıq. Vəzifəmizi yerinə yetirdik və qalan hissəni digərlərinə buraxdıq.

Bu il, Vikipediyanı qorumaq və davam etdirmək üçün ianələrinizi dəyərləndirin lütfən.

Təşəkkürlər,

Cimmi Ueyls
Vikipediyanın qurucusu