Template:Appeal/default/az

From Donate
Revision as of 02:22, 9 December 2011 by imported>JhsBot (Bot: Replacing 450 mill. with 470 mill.)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to navigation Jump to search

Ticarət yaxşıdır, reklamlar da pis deyil. Amma bura onların yeri deyil, çünki Vikipediyada bu qadağandır.

Vikipediyanı yaradanda onu reklam bannerləri yolu ilə pul qazanan mənfəət məqsədli bir şirkət kimi təşkil edə bilərdim, amma mən fərqli bir şey etməyə qərar verdim.

Biz uzun illər bu təşkilatı güclü saxlamaq üçün çox çalışmışıq. Biz öz vəzifəmizi yerinə yetiririk və işimizin bəhrələrini başqalarının istifadəsinə veririk.

"Google" milyona yaxın serverə, "Yahoo" 13000 işçiyə sahibdir. Bizim isə cəmi 679 serverimiz və 95 işçimiz var.

Vikipediya internetdəki 5-ci ən çox ziyarət olunan saytdır və hər ay milyardlarla səhifəni oxuyan 470 milyon müxtəlif insana xidmət edir.

Əgər bu müraciəti oxuyan hər kəs 5 ABŞ dolları ianə versəydi, biz bu ianə toplama kampaniyasını ildə cəmi bir gün keçirərdik. Lakin, hamı ianə verməyəcək və ya verə bilməyəcək. Müşahidələr göstərir ki, hər il kifayət qədər insan ianə vermək qərarına gəlir.

Vikipediyanı bu il də qorumaq və dəstəkləmək üçün 5 dollar, 10 avro, 1000 yena və ya ödəyə bildiyiniz qədər ianə verməyi düşünün.


Təşəkkürlər,

Cimmi Ueyls
Vikipediyanın qurucusu