Template:Appeal/JimmyLetterA-2010/az

From Donate
Jump to navigation Jump to search

10 il əvvəl insanlara Vikipediyanı izah etməyə başlayanda təəccublü baxışlarla qarşılaşırdım.

Bəzi iş adamları, dəyərli bir məlumat mənbəyi yaratmaq və paylaşma məqsədilə bütün dünyadan könüllülərin bir araya gəlməsi fikrinə qarşı şübhəli yanaşırdılar.

Reklamsız. Gəlirsiz. Xüsusi bir məqsəd olmadan.

Lakin yaranmasından 10 il sonra, 380 milyondan çox insan (dünyada internetə daxilolma qabiliyyətli əhalinin az qala üçdə biri) Vikipediyadan hər ay istifadə edir.

Vikipediya dünyanın ən məşhur 5-ci internet saytıdır. Vikipediyadan əvvəldə olan digər dörd sayt isə milyon dollarlıq sərmayələrlə yaradılmış, davamlı marketinq fəaliyyətləri və geniş təşkilati personal heyətlərilə idarə edilməkdədir.

Lakin Vikipediya bir ticarət saytından çox fərqlidir. Bu fərqliliyin səbəbi isə Vikipediyanın könüllü bir birliyin tək-tək qatqılarıyla yaradılması. Siz də bu birliyin bir parçasısınız və mən bu gün sizdən Vikipediyanın qorumanızı və davam ettirmenizi xahiş edirəm.

Birlikdə Vikipediyanın pulsuz və reklamsız qalmasını təmin edə bilərik. Onu açıq bilərik – Vikipediyada məlumatlardan istədiyiniz şəkildə istifadə edə bilərik. Onun inkişafının davam etməsini təmin edə bilərik – məlumatı hər yerə yayaraq və hər kəsi iştirak etməyə çağırarıq.

Hər il bu vaxtda, sizə və Wikimedia birliyində ki hər kəsə çataraq ortaq cəhdimimizin davamını 20, 35, 50 dollar və ya daha çox bu kimi hədiyyələrlə dəstəkləməyə xahiş edirəm.

Əgər siz də Vikipediyanı bir məlumat və ilham mənbəyi olaraq görürsünüzsə, əminəm ki, bu anda hərəkətə gələcəksiniz.

Ən xoş arzularımla,

Cimmi Uels

Qurucu, Vikipediya

Qeyd: Vikipediya, bizim kimi insanların fövqəladə şeylər edə bilmə gücünü göstərir. Onu bizim kimi insanlar yaradır. Onu bizim kimi insanlar damla-damla hədiyyələriylə maliyələşdirir. O, dünyanı dəyişdirməyə istiqamətli olan ortaq potensialımızın bir dəlilidir.