Template:Appeal/Projects/az

From Donate
Jump to navigation Jump to search

Vikipediyanın yaradıcısı Cimmi Ueylsin müraciəti.

"Google" milyona yaxın serverə, "Yahoo" 13000 işçiyə sahibdir. Bizim isə cəmi 679 serverimiz və 95 işçimiz var.

Vikipediya və onunla qohum saytlar internetdə 5-ci ən yüksək ziyarətçi sayına sahibdirlər və hər ay milyardlarla səhifəni oxuyan 470 milyon müxtəlif insana xidmət edirlər.

Ticarət yaxşıdır, reklamlar da pis deyil. Amma bura onların yeri deyil, çünki Vikipediyada bu qadağandır.

Wikimedia xüsusi bir şeydir. Kitabxana və ya ictimai park kimidir. Ağıl üçün bir məbəd kimidir. Bizim hamımızın düşünmək, öyrənmək, biliklərimizi başqaları ilə bölüşmək üçün gedə biləcəyimiz bir yerdir.

Mən Vikimedia Fondunu yaradanda onu reklam bannerləri yolu ilə pul qazanan mənfəət məqsədli bir şirkət kimi təşkil edə bilərdim, amma mən fərqli bir şey etməyə qərar verdim. Biz uzun illər bu təşkilatı güclü saxlamaq üçün çox çalışmışıq. Biz öz vəzifəmizi yerinə yetiririk və işimizin bəhrələrini başqalarının istifadəsinə veririk.

Əgər bu müraciəti oxuyan hər kəs 5 ABŞ dolları ianə versəydi, biz bu ianə toplama kampaniyasını ildə cəmi bir gün keçirərdik. Lakin, hamı ianə verməyəcək və ya verə bilməyəcək. Müşahidələr göstərir ki, hər il kifayət qədər insan ianə vermək qərarına gəlir.

Vikipediyanı bu il də qorumaq və dəstəkləmək üçün 5 dollar, 10 avro, 1000 yena və ya ödəyə bildiyiniz qədər ianə verməyi düşünün.

Təşəkkürlər,

Cimmi Ueyls
Vikipediyanın qurucusu